Yaponiya milli ehtiyatlardan əlavə neft buraxılmasını planlaşdırır


  • 15:11

Yaponiyada tədarükün balanslaşdırılması üçün may ayında milli ehtiyatlardan əlavə neftin buraxılmasının planlaşdırır.

E-huquq.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi məlumat verib.

Onun sözlərinə görə, bu addım, neft tədarükünü sabitləşdirmək məqsədini daşıyır.

Takaiçi bildirib ki, hökumət xam nefti Hörmüz boğazı xaricindəki alternativ mənbələrdən təmin etmək üçün səylərini artırır.

Belə ki, Yaponiya 2026-cı ildən sonra da kifayət qədər neft əldə etməyə davam edəcək.

Bundan əlavə, Takaiçi yaşıl çay istehsalında istifadə olunan A tipli ağır mazut və avtobuslarla yük maşınlarında istifadə olunan dizel yanacağının topdansatışdan müəssisələrə birbaşa satışını təklif edib.

Qeyd edək ki, Yaponiya enerji təchizatını sabit saxlamaq üçün mart ayında hökumət artıq 8,5 milyon kilolitr neft buraxıb. Bu da ölkənin 30 günlük daxili tələbatına bərabərdir. Takaiçi həmçinin, oxşar vəziyyətlə üzləşən digər ölkələrdən dəstək üçün müraciətlər aldığını və hər birini diqqətlə nəzərdən keçirdiyini bildirib.

Oxşar xəbərlər