- 17:20
Meksikanın cənubundakı Olmeca neft emalı zavodunda yanğın baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın dövlət neft şirkəti "Pemex" məlumat yayıb.
Məlumata görə, yanğının söndürülməsinə 150 nəfərlik yanğınsöndürən heyət cəlb olunub.
Yanğın zamanı ölən və xəsarət alan olmayıb.
Hadisənin səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, bu son bir ayda həmin zavodda baş verən 2-ci güclü yanğındır. Belə ki, zavodda martın 17-də baş verən yanğın nəticəsində 5 nəfər həlak olmuşdu.
Şəbnəm Mehdizadə