- 17:14
Belçikanın Antverpen limanında neft sızması səbəbindən gəmilərin hərəkəti dayandırılıb.
E-hquuq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Deurganckdock" konteyner limanında neft sızması Antverpen Limanına ciddi ziyan vurub.
Sızmanın gəmiyə yanacaq doldurulması zamanı baş verdiyi bildirilir. Sınmanın qarşısı qısa zamanda alınıb.
Məlumata görə, xüsusi gəmilər dağılmış nefti təmizləmək üçün fəal şəkildə çalışır.
Təmizlik işlərinin bir hissəsi olaraq gəmilərin nəzarət altına alındığı bildirilir.
Şəbnəm Mehdizadə