- 17:20
"Meta" şirkəti "Superintelligence Labs" tərəfindən hazırlanmış yeni süni intellekt modeli “Muse Spark”ı təqdim edib.
E-huquq.az xəbər verir ki, şirkət bu modelin təkmil düşünmə qabiliyyəti və sürətini, xüsusən sosial media platformalarında istifadə üçün nəzərdə tutulduğunu açıqlayıb. "Muse Spark" yüngül və istehlakçı mərkəzli dizaynı ilə diqqət çəkir.
Yeni model istifadəçilərə "Thinking" və "Instant" rejimləri arasında keçid etməyə imkan verir və eyni anda bir neçə agentin paralel işləməsinə imkan tanıyır. "Muse Spark" multimodal xüsusiyyətləri sayəsində yalnız mətnləri deyil vizual elementləri də anlaya biləcək.
Şirkət "Muse Spark" modelinin Ray-Ban və Oakley kimi markalarla əməkdaşlıq edərək süni intellektlə işləyən ağıllı eynəklərdə istifadəçilərə təqdim ediləcəyini açıqlayıb. Bu inteqrasiya istifadəçilərin ətraf mühiti daha yaxşı anlamağa kömək edəcək.
"Meta" bu yeni texnologiyanın şirkətin maşın öyrənməsi və süni intellekt sahəsindəki strateji dəyişikliklərinin ilk addımı olduğunu vurğulayıb.
Şəbnəm Mehdizadə