- 08:47
İslamabad ABŞ-İran dialoqunda vasitəçilik etməyə davam edəcək və hər iki tərəfin atəşkəs öhdəliklərini yerinə yetirməyə davam edəcəyini gözləyir.
E-huquq.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
"Ümid edirik ki, hər iki tərəf davamlı sülhə nail olmaq üçün müsbət addım atmağa davam edəcək. Tərəflərin atəşkəs öhdəliklərini yerinə yetirməsi vacibdir", - açıqlamada deyilir.