- 19:33
İran ABŞ-la razılaşma əldə edə bilər.
E-huquq.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.
"Əgər Vaşinqton beynəlxalq normalara əməl edərsə və Tehranın “qırmızı xətləri”ni nəzərə alarsa, İran ABŞ-la ədalətli razılaşma əldə edə bilər. Qırmızı xəttimiz İran xalqının milli maraqları və hüquqlarıdır. İran regionda sülh və dayanıqlı təhlükəsizliyi təmin edən balanslı və ədalətli razılaşmanın əldə olunmasına tam hazırdır”, - deyə İran Prezdenti vurğulayıb.