Orban seçkilərdə məğlubiyyətini qəbul etdi


  • 00:20

Macarıstanın baş naziri Viktor Orban parlament seçkilərində rəhbərlik etdiyi partiyanın məğlubiyyətini qəbul edib və rəqibini qələbə münasibətilə təbrik edib.

E-huquq.az xəbər verir ki, bu barədə Viktor Orban Budapeştdə tərəfdarları qarşısında çıxış edib.

O, “FİDES – Macarıstan Vətəndaş İttifaqı” partiyasının seçkilərdə uduzduğunu bildirib.

O, eyni zamanda rəqibi “Tisa” partiyasının lideri Peter Madjarı qələbə münasibətilə təbrik edib.

Səslərin 50 faizdən çoxunun hesablanmasından sonra “Tisa” partiyasının “FİDES”i xeyli üstələdiyi və parlamentdə çoxluq əldə etdiyi qeyd olunur.

Orban bildirib ki, nəticələr hələ yekun olmasa da, artıq aydındır və onun partiyası üçün ağrılı və birmənalı xarakter daşıyır.

Oxşar xəbərlər