ABŞ ordusundan narkotik daşıyan iki qayığa hücum: 5 nəfər öldü


  • 13 Aprel 09:39

ABŞ ordusu Sakit okeanın şərqində narkotik daşımaqda şübhəli bilinən iki qayığa hücum edib.

E-huquq.az xəbər verir ki, hücumlarda ən azı 5 narkotik alverçisinin öldürüldüyü açıqlanıb.

"Cənub nizəsi" əməliyyatını həyata keçirən müştərək əməliyyat qrupunun hədəfə aldığl gəmilərin terror təşkilatlarına aid olduğu və qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğu vurğulanıb.

Sağ qalanların axtarış-xilasetmə əməliyyatı davam edir.

Əməliyyat zamanı ABŞ hərbçilərindən heç biri zərər görməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər