- 11:13
ABŞ prezidenti Donald Tramp İrana tətbiq olunacaq embarqo ilə bağlı bəzi detalları açıqlayıb.
E-huquq.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Tramp jurnalistlərə açıqlamasında bildirib ki, İran neft sata bilməyəcək və bu sanksiyalar olduqca effektiv olacaq.
"Digər ölkələr də bu istiqamətdə çalışır. Bu addım İranın neft satışının qarşısını alacaq və çox təsirli olacaq" - deyə o qeyd edib.
Düşmənin ağır və çıxılmaz vəziyyətdə olduğunu iddia edən Tramp vurğulayıb ki, İran heç bir halda nüvə silahına sahib olmayacaq.
İranın ABŞ-la danışıqlara qayıdıb-qayıtmayacağı ilə bağlı suala isə Tramp belə cavab verib: "Onların qayıdıb-qayıtmayacağı məni maraqlandırmır. Qayıtmasalar, bu daha yaxşıdır".
İranın hərbi imkanlarının məhv edildiyini iddia edən Tramp bildirib ki, İran rəsmiləri Hörmüz boğazını açacaqlarına söz vermişdilər, lakin bunu etmədilər, bizə yalan danışdılar.
NATO-nun ABŞ-a yetərincə dəstək vermədiyini də qeyd edən Ağ Ev lideri NATO-dan çox məyus olduğunu söyləyib:
"Onlar bizi dəstəkləmədilər. Biz NATO üçün trilyonlarla dollar xərcləyirik, amma qarşılığında lazımi dəstəyi görmürük. Bu məsələni ətraflı qiymətləndirməliyik”.
Şəbnəm Mehdizadə