İsrail rəsmiləri: "ABŞ və İsrail İrana hücumlarını davam etdirəcək"


  • 09:59

İsrail rəsmiləri Pakistanın İslamabad şəhərində keçirilən danışıqların nəticəsiz qalmasından sonra ABŞ və İsrailin İrana hücumlarını davam etdirəcəyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, İsrailin energetika naziri Eli Koen nüvə məsələsinin beynəlxalq məsələ olduğunu deyib.

"Əgər razılaşma əldə olunmasa, İrana hücumlar başlaya bilər", - deyə nazir bildirib.

İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat isə amerikalıların müharibə məqsədlərinə çatacaqlarını söyləyib.

Barkat iranlıların ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun qətiyyətini anlamadıqlarını və qarşıya qoyduqları məqsədlərinə çatacaqlarını vurğulayıb.

"Şübhəsiz ki, əhəmiyyətli irəliləyiş əldə etmişik, lakin hələ başa çatmamışıq. Hələ qarşıda görüləcək işlər var", - deyə nazir bildirib.

İsrailin mədəniyyət və idman naziri Miki Zohar qeyd edib ki, ABŞ-nin İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda israr etməsi İsraillə koordinasiyanı nümayiş etdirir.

ABŞ-İsrailin İrana hücumlarını dəstəkləyən Zohar, bu hücumların İranın nüvə silahı əldə etməsinə mane olacağını deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər