- 11:13
ABŞ ordusu bu gündən İran limanlarının dəniz blokadasına başlayır.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Qurumun yaydığı bəyanatda bu addımın ABŞ prezidenti Donald Trampın göstərişinə uyğun olaraq atıldığı qeyd edilib.
Belə ki, ABŞ ordusu İran limanlarına daxil olan və ya çıxan bütün gəmiləri hədəf alan dəniz blokadasına başlayacaq.
Bu dəniz blokadasının İranın bütün limanlarına və sahil bölgələrinə, o cümlədən Fars körfəzi və Oman körfəzinə daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə qarşı neytral şəkildə tətbiq ediləcəyi vurğulanıb.
Bəyanatda, həmçinin qeyd olunub ki, Komandanlığın qüvvələri Hörmüz boğazından İrandan kənar limanlara və ya limanlardan hərəkət edən gəmilərin keçidinə mane olmayacaq.
Şəbnəm Mehdizadə