- 11:13
Türkiyənin Antalya şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Demre rayonunda yerli vaxtla saat 08:48-də qeydə alınıb.
Zəlzələnin 16,17 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Şəbnəm Mehdizadə