"İslamabad razılaşmasına cəmi bir neçə addım qalmış biz həddindən artıq iddialı, daim dəyişən hədəflər və blokada təhlükəsi ilə üzləşdik".
E-huquqa.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi söyləyib.
O, İranın müharibəni sona çatdırmaq üçün ABŞ-la yaxşı niyyətlə danışıqlara girdiyini, lakin razılığın əldə olunmasına bir neçə addım qalmış blokada təhlükəsi ilə üzləşdiklərini bildirib.
"Görünür, dərs alınmayıb. Yaxşı niyyət yaxşı niyyəti, düşmənçilik düşmənçiliyi doğurur", – deyə XİN başçısı vurğulayıb.
Şəbnəm Mehdizadə
