- 11:13
"Macarıstan yenidən Avropa ölkəsi olmaq, Avropaya qayıtmaq istəyir".
E-huquq.az xəbər verir ki, Macarıstanın yeni Baş naziri Peter Madyar Budapeştdə tərəfdarları qarşısında etdiyi çıxışında ölkəsinin gələcəyi barədə əhəmiyyətli açıqlamalar verib.
Baş nazir seçkilərdə böyük fərqlə qalib gəldiklərini və hər bir Macarıstan vətəndaşı üçün daha humanist və ədalətli bir cəmiyyət qurmaq məqsədilə legitimlik qazandıqlarını vurğulayıb.
"Macarıstanı birlikdə azad etdik. Siz olmasaydınız, bunu edə bilməzdik. Bu qələbə yalnız bizim deyil, bütün Macarıstan xalqının qələbəsidir" - deyə o əlavə edib.
Madyar öz xalqına təşəkkür edərək, seçkinin Macarıstanın azadlıq tarixinə qızıl hərflərlə yazılacağını qeyd edib. O, bu qələbəni zülmə və yalana qarşı qələbə günü kimi qiymətləndirib.
Macarıstanın xaricdə yaşayan vətəndaşlarına da müraciət edən Madyar 800 min macarın iş axtarmaq üçün Qərbi Avropaya mühacirət etdiyini xatırladıb.
Yeni baş nazir onları ölkəyə qayıtmağa və vətənə xidmət etməyə dəvət edib: "Macarıstanın bütün qızlarına və oğullarına ehtiyacı var. Mənim hökumətimin əsas vəzifəsi ölkəni yenidən birləşdirməkdir".
Şəbnəm Mehdizadə