- 11:12
Türkiyənin Malatya şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Malatyanın Hekimhan rayonunda mədən işçilərini daşıyan mikroavtobus yoldan çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hadisə yerinə jandarma, təcili tibbi yardım və xilasetmə qrupları cəlb edilib.
Yaralılar xəstəxanasıya aparılıb.
Şəbnəm Mehdizadə