Təcili yardım maşını dərəyə aşdı - Xəstə öldü, 3 nəfər yaralandı - FOTO


  • 11:12

Türkiyənin Artvin bölgəsində təcili tibbi yardım maşını dərəyə yuvarlanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında təcili tibbi yardım maşını buzlu hava şəraiti səbəbindən idarəetmədən çıxaraq 30 metr dərinlikdəki dərəyə yuvarlanıb.

Qəza nəticəsində təcili yardım maşınındakı xəstə hadisə yerində həyatını itirib. Üç tibb işçisi və xəstənin bir qohumu isə yaralanıb.

Yaralılar hadisə yerində göstərilən ilkin tibbi yardımdan sonra əlavə müalicə üçün təcili yardım vasitəsilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər