Lavrov çinli həmkarı ilə görüşəcək


  • 13:22

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 14-15-də Çinə rəsmi səfər edəcək.

E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində o, Çinin xarici işlər naziri Van İ ilə danışıqlar aparacaq.

Onlar ikitərəfli əməkdaşlığın geniş spektrli məsələlərini, müxtəlif səviyyələrdə əlaqələrin perspektivlərini, beynəlxalq arenada qarşılıqlı fəaliyyəti, xüsusilə BMT, BRİKS, ŞƏT, G20, APEC və digər çoxtərəfli mexanizmlər və forumlar çərçivəsində birgə işi müzakirə edəcəklər.

Bildirilib ki, bir sıra aktual mövzular və regional problemlər, o cümlədən Ukrayna böhranı və Yaxın Şərqdəki vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi gözlənilir.

Humay Eminqızı

Oxşar xəbərlər