Hakan Fidan: "ABŞ və İran atəşkəs məsələsində səmimi niyyət nümayiş etdirir"


  • 13:29

Vaşinqton və Tehran atəşkəs məsələsində səmimi niyyət nümayiş etdirirlər.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanda iki ölkə nümayəndələri arasında keçirilən danışıqların yekunları üzrə deyib.

"Danışıqlarda tərəflər faktiki olaraq öz ilkin mövqelərini ortaya qoyublar. Bu normaldır, çünki ilkin mövqelər həmişə müəyyən çətinliklər yaradır. Daha sonra vasitəçilərin dəstəyi ilə onlar bu mövqeləri müəyyən məqamda bir-birinə yaxınlaşdırmağa çalışacaqlar. Əsas məsələ isə bunun atəşkəsin əldə olunmasına və qorunub saxlanmasına kömək etməsidir. Mənim gördüyümə görə, hazırkı mərhələdə hər iki tərəf atəşkəsə səmimi şəkildə köklənib", - o bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər