Türkiyə Hörmüz boğazının güc tətbiq etmədən açılmasını zəruri hesab edir


  • 13:37

Ankara hesab edir ki, Hörmüz boğazını güc tətbiq etmədən, diplomatik yollarla açmaq lazımdır.

E-huquq.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"Hörmüz boğazının açılması məsələsində bizim mövqeyimiz ondan ibarətdir ki, bu, sülh yolu ilə, diplomatik vasitələrlə həyata keçirilməlidir. Bu vəziyyətə beynəlxalq silahlı sülhməramlı qüvvələr vasitəsilə müdaxilə isə həddindən artıq böyük çətinliklərlə müşayiət olunur", - XİN rəsmisi bildirib.

O əlavə edib ki, üç-dörd həftə ərzində boğazın açılmasında heç bir problem görmür.

H.Fidan qeyd edib ki, əsas məsələ oradan keçən gəmilər üçün qaydaların necə olacağıdır.

Humay Eminqızı

Oxşar xəbərlər