Rusiya MN: Ukrayna "Pasxa atəşkəsi"ni 6 558 dəfə pozub


  • 13:41

Ukrayna Pasxa atəşkəsi rejiminin 6 558 dəfə pozub.

E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

""Pasxa atəşkəsi" rejiminin elan olunmasına baxmayaraq, Ukrayna silahlı birləşmələri pilotsuz uçuş aparatları və artilleriyadan istifadə etməklə bizim qoşunların mövqelərinə, həmçinin Belqorod vilayəti və Kursk vilayətinin sərhəd rayonlarında yerləşən mülki obyektlərə zərbələr endirməyə davam ediblər. Ümumilikdə atəşkəs rejiminin 6 558 pozuntusu qeydə alınıb", - bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər