İstanbulda 1,5 milyon saxta dərman müsadirə edilib


  • 14:07

Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyatda milyonlarla qanunsuz istehsal olunmuş həb və xammal müsadirə edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi insan sağlamlığı üçün təhlükə yaradan saxta dərmanların yayıldığını müəyyən edib.

Axtarış zamanı qanunsuz kimyəvi maddələrdən və təxminən 10 milyon həb istehsal etmək üçün kifayət edən xammaldan istifadə edilərək istehsal olunmuş 1,5 milyon həb müsadirə edilib.

Faktla bağlı bir nəfər həbs olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər