- 15:46
ABŞ və İsrailin İrana hücumları nəticəsində 278 şagirdi həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası Elm və Təhsil Nazirliyinə istinadən xəbər yayıb.
Məlumata görə, hücumlar nəticəsində 67 müəllim həyatını itirib.
196 şagird və 26 müəllim isə yaralanıb.
Qeyd edək ki, şagirdlər arasında ölüm hallarının böyük hissəsi Hörmüzgan vilayətinin Minab şəhərində yerləşən bir ibtidai məktəbin ABŞ tərəfindən vurulduğu hücum zamanı baş verib. İran Qızıl Aypara Cəmiyyəti 28 fevralda qızlar ibtidai məktəbinə edilən hücumda 168 uşaq daxil olmaqla 180-dən çox insanın həyatını itirdiyini bildirib.
Humay Eminqızı