Avtobus aşdı - 11 nəfər yaralandı


  • 15:21

Türkiyənin Bitlis vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Tatvan-Van avtomobil yolunun Alacabük kəndi yaxınlığından keçən hissəsində mikroavtobus idarəetməni itirərək aşıb.

Qəza nəticəsində sürücü və 10 sərnişin xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər, jandarma və təcili tibbi yardım qrupları sövq edilib.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər