- 19:20
Türkiyəni Sivas şəhərində taksi ilə minik avtomobili toqquşub.
E-huquq.az xəbər verir ki, Ankara-Ərzincan magistral yolunun Gültəpə məhəlləsində baş verən qəza nəticəsində 4-ü "Sivasspor" Futbol Klubunun gənc futbolçusu olmaqla 6 nəfər xəsarət alıb.
Hadisə yerinə tibb və xilasetmə qrupları cəlb edilib.
Şəhərdəki xəstəxanalara çatdırılan yaralılardan birinin vəziyyəti ağırdır.
Gənc futbolçuların məşq üçün kluba getdiyi məlum olub.
Şəbnəm Mehdizadə