AP: İran və ABŞ nümayəndə heyətləri arasında növbəti görüş cümə axşamı ola bilər


  • 10:20

ABŞ və İran birbaşa danışıqların ikinci mərhələsinə keçmək barədə müzakirələr aparırlar.

E-huquq.az xəbər verir ki, adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri Associated Press (AP) agentliyinə anonimlik bildiriblər ki, Vaşinqton və Tehran rəsmiləri müvəqqəti atəşkəs müddəti bitməzdən əvvəl görüşmək niyyətindədirlər.

Məqsəd müvəqqəti atəşkəs müddəti bitməzdən əvvəl yekun razılığa gəlmək və altı həftəlik döyüşlərə son qoymaqdır.

Rəsmilər yeni görüşün keçirilməsi prosesinin davam etdiyini və hər iki tərəfin bunu etmək niyyətində olduğunu iddia etsələr də, danışıqlarda iştirak edən nümayəndə heyətlərinin tərkibində kimlərin olacağı barədə məlumat verməyiblər.

Danışıqların yenidən Pakistanın İslamabad şəhərində keçirilə biləcəyi, lakin İsveçrənin Cenevrə şəhərində də mümkün olduğu bildiirilib. Bu danışıqların cümə axşamı günü keçirilə biləcəyi iddia edilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərə verdiyi açıqlamada İranla yeni bir razılaşmanın hələ də mümkün olduğunu bildirərək deyib: "Biz İranla bir çox məsələdə razılığa gəlmişik, amma nüvə məsələləri ilə bağlı razılığa gəlməmişik, amma düşünürəm ki, onlar bunu qəbul edəcəklər. Mən buna əminəm. İran nüvə silahına sahib ola bilməz. Əgər onlar bunu qəbul etməsələr, heç bir razılaşma olmayacaq".

Tramp İran tərəfinin onunla əlaqə saxladığını və razılaşma əldə etmək istədiyini iddia edib.

Xatırladaq ki, aprelib 8-də tərəflər arasında atəşkəs əldə olunub. ABŞ vitse-prezidenti JD Vance Pakistanın İslamabad şəhərində İranla birbaşa danışıqların "razılığa gəlmədən" başa çatdığını elan edib. Lakin İran hökuməti danışıqlarda razılaşma əldə edilməməsinin səbəbinin ABŞ-ın həddindən artıq tələbləri olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər