- 12:54
Türkiyənin İŞİD terror təşkilatına qarşı keçiriləm genişmiqyaslı əməliyyatda saxlanılan 36 şübhəlidən 18-i həbs edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat İŞİD ilə əlaqəsi olan və təşkilatı maliyyələşdirməkdə şübhəli bilinən şəxsləri hədəf alıb.
Əməliyyat 8 vilayəti əhatə edib və polis ilə jandarma bölmələrinin birgə iştirakı ilə baş tutub.
Saxlanılan şübhəlilərdən 18-i həbs olunub, 18-i isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Şəbnəm Mehdizadə