BMT: İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2000-i keçib


  • 10:32

İsrailin hücumları nəticəsində Livanın cənubunda ölənlərin sayı 2000-i keçib

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.

O, 6500-dən çox insanın yaralandığını bildiirb.

BMT rəsmisi itkilərin artmaqda davam etdiyini vurğulayıb.

Dujarrik hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrası üçün bütün diplomatik vasitələrdən istifadə etməyə çağırıb.

Regiondakı tərəfləri sülhə nail olmaq üçün konstruktiv şəkildə əməkdaşlıq etməyə çağıran Dujarrik qeyd edib ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) qoşunları münaqişələrin qarşısını almaq, mülki şəxsləri qorumaq və humanitar yardıma mümkün qədər çıxışı təmin etmək üçün əməliyyatlarını davam etdirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər