- 12:54
İsrail ordusu Livana martın 2-də başlayan hücumlarını davam etdirir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu Livanın cənubundakı Tibnin qəsəbəsinə intensiv hücumlar təşkil edib.
İsrail ordusuna məxsus PUA Musaylih-Nəbatiyyə yolunda bir avtomobilə hücum edib. Hücum nəticəsində iki nəfər həlak olub.
Sidon yaxınlığındakı Adlun şəhərində İsrail ordusunun keçmiş bələdiyyə binasını hədəf alması nəticəsində bir neçə nəfər yaralanıb.
Hücumlar nəticəsində qəsəbədəki dövlət xəstəxanasına ciddi ziyan dəyib.
İsrail ordusu həmçinin Nəbatiyyə yaxınlığındakı Deyr Əntar qəsəbəsində evi bombalayıb.
Bundan başqa, İsrail ordusu Surun Şehabiye qəsəbəsinə də pilotsuz təyyarələrlə hücum edib.
Batim və Mənsuri şəhərlərindəki dağlıq əraziləri hədəfə alınıb, həmçinin Bafliyə qəsəbəsində çoxlu sayda evlər bombalanıb.
Mülki müdafiə qrupları dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işlərini davam etdirir.
Şəbnəm Mehdizadə