Səudiyyə Ərəbistanındakı səhralar doludan sonra bəyaza bürünüb


  • 10:36

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində güclü doludan sonra səhralar bəyaza bürünüb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Ər-Riyadın şimal-qərbində qəfil və güclü dolu yağışı baş verib.

Güclü doludan sonra bölgədəki səhralar ağ rəngə boyanıb..

Xəbərlərdə həmçinin bildirilib ki, Ər-Riyadın cənub və qərbindəki yüksək dağlıq ərazilərdə, eləcə də Məkkənin şərqində güclü yağış, daşqın, dolu və güclü külək barədə xəbərdarlıqlar edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər