- 17 Aprel 21:50
Türkiyədə mərkəzi İstanbul şəhəri olmaqla, 12 vilayətdə FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 15-i dövlət xəstəxanalarında fəaliyyət göstərən həkimlər olmaqla 17 şübhəli şəxs saxlanılıb,
Onların Tibbi İxtisas İmtahanına (TUS) hazırlıq adı ilə təşkil edilmiş düşərgələrdə iştirak etdiyi məlum olub.
Həmin şəxslərin adlarının FETÖ-nün şifrələnmiş mesajlaşma proqramı olan "ByLock"da tapılan mesajlarda çəkildiyi müəyyən edilib.
Şəbnəm Mehdizadə