- 31 May 23:43
Türkiyənin Şanlıurfa şəhərində məktəbə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Şanlıurfa valisi Həsən Şıldak məlumat verib.
Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü şəxs hücumdan sonra intihar edib.
"Atışma nəticəsində 16 nəfər yaralanıb. Onlardan 4-ü müəllim, 10-u şagird, 1-i polis, 1-i isə yeməkxana işçisidir. Xoşbəxtlikdən ölən olmayıb. Yaralılardan 12 nəfəri hazırda xəstəxanada müalicə alır. Onlardan 4-nün vəziyyəti orta ağırdır", - deyə Şıldak qeyd edib.
O, hadisə ilə bağlı araşdırma aparıldğını söyləyib.
Məlumata görə, hücumu həyata keçirən gənc həmin məktəbin məzunu olub.
Qeyd edək ki, məktəbdə tədris prosesinə 4 günlük fasilə verilib.
***
Türkiyənin Şanlıurfa şəhərində məktəbə silahlı hücum olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Siverek rayonunda bir şagirdin liseydə silahlı hücum törətdiyi və bəzi dostlarını girov götürdüyü iddia edilir.
Ov tüfəngi ilə liseyə girən bir şəxs təsadüfi atəş açaraq şagirdlər də daxil olmaqla 7 nəfəri yaralayıb.
Məktəbə xüsusi əməliyyat polisi göndərilib. Şübhəli şəxsi təslim olmağa razı salmaq üçün işlər görülür.
Şəbnəm Mehdizadə