- 14:31
Dağıstanın Kayakent rayonunda 3,4 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.
Təkanlar Gerqa kəndi yaxınlığında, yerli vaxtla saat 08:19-da qeydə alınıb.
İdarədən bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, dağıntı müşahidə edilməyib.
Humay Eminqızı