ABŞ-İsrail hücumları nəticəsində müharibə təzminatının məbləği açıqlanıb


  • 12:16

ABŞ-İsrail hücumları nəticəsində müharibə təzminatının məbləği təxminən 270 milyard dollar təşkil edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatma Mohacerani məlumat verib.

O, ABŞ-İsrail hücumları nəticəsində yaranan müharibə təzminatı məsələsinin İslamabadda danışıqlar zamanı İranın danışıqlar qrupu üçün prioritet olduğunu və prezident Məsud Pezeşkianın bundan əvvəl müxtəlif platformalarda bu məsələni qaldırdığını bildirib. Mühaceri əlavə edib ki, müvafiq qurumlar müharibə zamanı müxtəlif bölgələrdə hücumların vurduğu ziyanla bağlı ilkin araşdırmalar aparıb.

İran rəsmisi bildirib ki, ilkin hesablamalara görə, müharibə təzminatları təqribən 270 milyard dollar təşkil edir və müvafiq orqanlar tərəfindən açıqlandıqdan sonra dəqiq rəqəm dəqiqləşdiriləcək.

Muhacerani qeyd edib ki, təzminat mülki binalara, müəssisələrə və fabriklərə dəyən zərərləri, həmçinin Minabdakı hücumda həyatını itirən məktəbli qızların hüquqlarını əhatə edəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər