- 14:31
İranda internetin bağlanmasından dolayı beynəlxalq çıxışa görə ölkəyə dəyən iqtisadi ziyan 30-40 milyon dollar arasında qiymətləndirilir.
E-huquq.az xəbər verir ki, bu barədə İran Ticarət Palatasının İnformasiya Əsaslı İqtisadiyyat Komissiyasının rəhbəri Afşin Kolahi iclasda çıxışı zamanı bildirib.
O qeyd edib ki, internetin kəsilməsindən dolayı gündəlik birbaşa zərər 30-40 milyon dollar, dolayı zərər isə təxminən 70-80 milyon dollar təşkil edib.
İran rəsmisi vurğulayıb ki, bu zərər gündəlik iki elektrik stansiyasının xərcinə bərabərdir və ölkə bu zərəri müharibə şəraitindən asılı olmayaraq öz hesabına qarşılayır.
Qeyd edək ki, İranda beynəlxalq internetə çıxış ilk dəfə 28 dekabr 2025-ci ildə iqtisadi problemlərin səbəb olduğu və rejim əleyhinə nümayişlərə çevrilən küçə etirazlarından sonra bir aydan çox müddətə kəsilib. İranın rabitə və informasiya texnologiyaları naziri Seyid Səttar Haşimi 2026-cı il yanvarın 26-da bildirib ki, fasilənin ölkə iqtisadiyyatına gündəlik xərci təxminən 34,5 milyon dollar təşkil edib.
Bundan əlavə, fevralın 28-də ABŞ-İsrail hücumları başlayandan sonra İran 46 gün ərzində beynəlxalq internetə çıxışdan məhrum olub.
Şəbnəm Mehdizadə