İran Körfəz ölkələrindən təzminat tələb edəcək


  • 12:38

İran müharibədə iştirakına görə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və İordaniyadan təzminat tələb edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvaninin Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda yer alır.

Məktubda xatırladılıb ki, İran Silahlı Qüvvələrinin monitorinq və qiymətləndirmə hesabatlarına əsaslanan və sözügedən ölkələrin öz ərazilərinin ABŞ-İsrail hücumları üçün istifadəsinə icazə verdiyini göstərən sübutlar daha əvvəl Şuraya təqdim edilib.

İrəvani məktubunda qeyd edib ki,ABŞ və İsrail bu dövlətlərin ərazilərindən istifadə edib.

O bildirib ki, qeyd olunan ölkələr bəzi mülki hədəflərə qanunsuz hücumlarda bilavasitə iştirak ediblər.

Bu beş ölkənin beynəlxalq öhdəliklərini pozduğu iddia edilən məktubda İrana vurulan bütün maddi və mənəvi zərərlərin ödənilməsinin vacibliyi vurğulanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər