- 16:54
2026-cı ilin əvvəlindən Rusiya Silahlı Qüvvələri 74 yaşayış məntəqəsini nəzarətə götürüb.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, nəzarətə götürülmüş məntəqələrin əksəriyyəti Donetsk Xalq Respublikasında (DXR) yerləşir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, DXR-də 23, Zaporojya vilayətində 22, Xarkov vilayətində 15, Sumı vilayətində 13, Dnepropetrovsk vilayətində 1 yaşayış məntəqəsi nəzarətə götürüb.
Humay Eminqızı