- 16:54
Rusiya məhkəmələrində bəraət alanların sayı 2025-ci ildə 14% azalıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş prokurorunun birinci müavini Anatoli Razinkin Federasiya Şurasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin iclasında çıxış edərkən bildirib.
Baş prokurorun Rusiya Federasiyası parlamentinin yuxarı palatasına təqdim etdiyi “2025-ci ildə Rusiya Federasiyasında qanunçuluğun və asayişin vəziyyəti haqqında” illik hesabatla əlaqədar keçirilən iclasda Razinkin bildirib ki, istintaqın keyfiyyətinin yüksəldilməsinə və ibtidai istintaq müddətlərinin qısaldılmasına baxmayaraq, hələ də cinayət işlərinin məhkəməyə göndərilməsinin qarşısını alan çoxsaylı cinayət və cinayət-prosessual qanun pozuntuları aşkar edilib.
Humay Eminqızı