- 19:35
Türkiyədə əməliyyat zamanı xəstənin öd kisəsindən 2067 daş çıxarılıb.
E-huquq.az-ın məlumatına görə, hadisə Bingöl Dövlət Xəstəxanasında qeydə alınıb.
Xəstəxanasıya qarın ağrısı və həzm sistemi şikayətləri ilə müraciət edən xəstəyə ağır öd daşları yığılması diaqnozu qoyulub.
Aparılan əməliyyat zamanı 2067 öd daşı çıxarılıb.
Həkimlər bunun nadir hallardan olduğunu bildiriblər. Qeyd olunub ki, bu, adətən uzun müddətdir diqqətdən kənarda qalan öd kisəsi xəstəliklərinin nəticəsi olaraq ortaya çıxır. Öd daşları müalicə olunmazsa, ciddi infeksiyalar, öd yollarının tıxanması və pankreatit inkişaf edə bilər ki, bu da həyati təhlükə yaradır.
Şəbnəm Mehdizadə