Məzmuna keç

Ermənistanda hərbçi poliqonda aldığı güllə yarasından öldü

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi poliqonda aldığı güllə yarası nəticəsində ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə "Shamshyan.com" məlumat yayıb.

Məlumata görə, 19 yaşlı əsgər hadisədən sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.