ABŞ İran neftinin satışına verilən müvəqqəti icazənin müddətini uzatmayacaq


  • 10:05

ABŞ dənizdə saxlanılan İran neftinin satışına icazə verən müvəqqəti lisenziyanın müddəti bitdikdən sonra yenilənməyəcəyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı açıqlamada vurğulanıb ki, qurum bütün vasitə və səlahiyyətlərindən maksimum dərəcədə istifadə etməklə qəti addımlar atacaq və İrana təzyiq göstərməyə davam edəcək.

Bildirilib ki, İranın fəaliyyətlərini dəstəkləməyə davam edən xarici maliyyə qurumlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq ediləcək.

Qeyd edək ki, nazirlik tərəfindən verilən lisenziya martın 20-də yerli vaxtla saat 00:01-dən əvvəl gəmilərə yüklənmiş İran mənşəli xam neftin və neft məhsullarının satışına, çatdırılmasına və ya boşaldılmasına müvəqqəti icazə verib.

Bu icazənin aprelin 19-u yerli vaxtla saat 00:01-ə qədər qüvvədə olacağı açıqlanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər