- 11:51
Türkiyənin Şanlıurfa vilayətində məktəbə edilən silahlı hücumla bağlı bir nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Şanlıurfa Valiliyi məlumat yayıb.
"Hadisəyə aydınlıq gətirmək üçün Baş Prokurorluq tərəfindən başladılan məhkəmə istintaqı çərçivəsində bir şübhəli şəxs tutularaq nəzarətə götürülüb. Məhkəmə istintaqı hərtərəfli və müxtəlif aspektlərdən aparılır" - məlumatda qeyd olunub.
Rayon polis şöbəsi və rayon təhsil idarəsində çalışan dörd məmurun isə vəzifələrindən uzaqlaşdırıldığı qeyd olunub.
Silahlı hücum zamanı yaralanan 16 nəfərdən 7-nin xəstəxanadan buraxıldığı da bildirilib.
Yaralılardan üçünün vəziyyətinin ağır olduğu vurğulanıb.
Şəbnəm Mehdizadə