- 11:13
İsrailin Livanın cənubundakı Sidon əyalətinin Ənsariyyə şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 5 nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu Livanda Livanın cənubundakı Tir yaxınlığındakı əl-Kleyle qəsəbəsini bombalayıb.
Həmçinin İsrail ordusunun Livanın cənubundakı Xanin qəsəbəsində bəzi evləri partlayıcılarla partlatdığı və İsrail döyüş təyyarələrinin əl-Məcadil qəsəbəsini bombaladığı qeyd edilib.
Şəbnəm Mehdizadə