Hollandiya məhkəməsi "Grok" çatbotu ilə bağlı qərar qəbul edib


  • 10:30

"X"sosial media platformasının süni intellektlə işləyən çatbotu "Grok" qeyri-konsensual, cinsi məzmunlu şəkillər yaratmağa davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, son bir ay ərzində platformada real qadınların onlarla qeyri-rəsmi seksual təsvirləri paylaşılıb.

Xüsusilə istifadəçilər məşhurların şəkillərini müxtəlif pozalarda rəsmlərlə birləşdirərək, süni intellekti razılıq olmadan seksual xarakterli kompozisiyalar yaratmağa məcbur edirlər.

Bundan əlavə real fotoların videoya çevrilməsi zamanı seksual xarakter daşıyan jestlərin əlavə edilməsi başqa bir diqqətəlayiq pozuntudur.

Hazırda Avropa Komissiyası, Kaliforniya Baş Prokurorluğu və Avstraliya Elektron Təhlükəsizlik İdarəsi də daxil olmaqla səkkiz ayrı qurum bu barədə araşdırma aparır.

Hollandiya məhkəməsi "Grok"a cinsi məmzunlu fotoların istehsalının dayandırılması barədə qərar qəbul edib.

Şirkət rəhbərliyi qeyri-konsensual açıq məzmunun qadağan edildiyini və təhlükəsizlik tədbirlərinin daim yeniləndiyini bildirib.

Lakin ekspertlər bu filtrlərin hələ də yetərli olmadığını düşünürlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər