Fransada mühəndis lotereyada Pikassonun 1 milyon avroluq əsərini qazanıb


  • 15 Aprel 10:48

Fransada xeyriyyə təşkilatının təşkil etdiyi lotereyada iştirak etmək üçün 100 avro ödəyən şəxs dəyəri 1 milyon avrodan çox olan Pablo Pikassonun orijinal rəsminin sahibi olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, mühəndis və sənət həvəskarı Ari Hodara Parisdəki Christie's hərrac evindən videozəngə cavab verərkən qalib olduğunu öyrənib. O Pikassonun 1941-ci ildəki əsərinin sahibi olduğunu biləndə eşitdiklərinə inana bilməyib və bunun zarafat olduğunu düşünüb.

Lotereyada toplanan təqribən 11 milyon avro Alzheimer xəstəliyinin araşdırılması üçün istifadə olunacaq.

2013-cü ildən bəri hər il keçirilən "100 Avroya 1 Pikasso" lotereyasının builki mükafatı Pikassonun "Tête de Femme" (Qadın Başı) tablosudur.

Bilet sahibi Hodara deyib ki, lotereyaya təsadüfən rast gəlib və bileti həftə sonu alıb.

"Belə bir addım atanda qalib gələcəyini gözləmirsən. Mən rəsm çəkməklə çox maraqlanıram, ona görə də bu mənim üçün fantastik xəbərdir" - deyə o bildirib.

Püşkatma mərasimini Pikassonun ailəsi və fondunun dəstəyi ilə fransız jurnalist Peri Koçin təşkil edib. Koçin biletlərin onlarla ölkədə satılmasına baxmayaraq, qalibin Parisdə yaşamasının çatdırılma prosesini asanlaşdıracağını qeyd edib.

Gəlirlərin 1 milyon avrosu rəsm əsərinin sahibi olan Opera Qalereyasına, qalan məbləğ isə Fransanın Alzheimer Araşdırma Fonduna bağışlanacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər