- 12:24
ABŞ prezidenti Donald Tramp İranla atəşkəsi uzatmağı düşünmür.
E-huquq.az xəbər verir ki, bu barədə ABC News müxbiri Conatan Karl məlumat verib.
O bildirib ki, Tramp müharibənin hər iki yolla da bitə biləcəyini qeyd edərək, diplomatik həllə üstünlük verildiyini bildirib.
Tramp bu cür ifadə edib: "Məncə, razılaşmaya üstünlük versələr daha yaxşı olar. İran indi həqiqətən fərqli bir rejimə sahibdir. Nə olursa olsun, biz radikalları təmizlədik. Onlar artıq bizimlə deyillər".
Şəbnəm Mehdizadə