- 12:24
İsrail ordusu 6 ay ərzində Qəzza zolağında atəşkəsi 2 400 dəfə pozub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu pozuntulara mülki yaşayış məntəqələrinə havadan və qurudan hücumlar, mülki şəxslərin öldürülməsi, mülki obyektlərin partladılması, Rəfah Sərhəd Keçid Məntəqəsindən giriş-çıxışların məhdudlaşdırılması və humanitar yardımların daxil olmasına icazə verilməməsi daxildir.
Atəşkəsdən bu yana 312-si qadın, uşaq və yaşlı olmaqla ümumilikdə 757 nəfər həlak olub, 2 111 nəfər yaralanıb. 50 nəfər İsrail əsgərləri tərəfindən saxlanılıb.
Razılaşmaya əsasən 36 800 nəfərin keçməsi nəzərdə tutulan Rəfah Sərhəd Keçid Məntəqəsi 2 fevralda açıldıqdan sonra keçənlərin ümumi sayı cəmi 2 703 nəfər olub.
Həmçinin razılaşmaya görə bu müddətdə Qəzzaya 110 400 yanacaq, humanitar yardım və ticari məhsullar daşıyan yük maşını daxil olmalı idi, lakin yalnız 41 714 yük maşınının girişinə icazə verilib.
Humay Eminqızı