- 12:24
Çin və Rusiya ikitərəfli hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə davam edəcəklər.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakun, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Çinə səfərinin nəticələrini şərh edərkən bildirib.
“Çin və Rusiya zamanın tendensiyalarını izləyəcək, iki ölkənin dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaları tam şəkildə həyata keçirəcək və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan Çin-Rusiya hərtərəfli strateji tərəfdaşlığını inamla daha yüksək səviyyəyə yüksəldəcək”, - rəsmi nümayəndə bildirib.
Humay Eminqızı