BYD-nin zavodunda ​​güclü yanğın baş verib


  • 15 Aprel 12:11

Çinin avtomobil istehsalçısı BYD şirkətinin zavodunun qarajında ​​yanğın baş verib.

E-huquq.az xəbər verir ki, şirkətin Quandun əyalətinin Şençjen şəhərindəki fabrikində səhər saatlarında naməlum səbəbdən yanğın başlayıb.

Qeyd edilib ki, sınaq üçün nəzərdə tutulan və eləcə də istifadəyə yararsız avtomobillərin saxlandığı qarajda baş verən yanğın söndürülüb.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər