“Titanik” sərnişininin xilasedici jileti 475 min dollara hərraca çıxarıldı


  • 15 Aprel 12:37

1912-ci ildə Laura Mabel Frankatellinin "Titanik"in batması zamanı sağ qalmasına kömək edən xilasedici jilet İngiltərədə “Henry Aldridge&Son” hərracı tərəfindən 475 min dollara hərraca çıxarılıb.

E-huquq.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Frankatelli xilasedici qayığa minməzdən əvvəl “Fosbery & Co” şirkəti tərəfindən hazırlanmış xilasedici jileti geyinib.

Hərrac evinin nümayəndəsi Endryu Aldricin sözlərinə görə, sağ qalanların geyindiyi yalnız bir neçə xilasedici jilet qalıb, qalanlarının hamısı muzeylərdədir.

Xatırladaq ki, "Titanik"in batması nəticəsində təxminən 1500 nəfər ölüb, 712 sərnişin və ekipaj üzvü sağ qalıb.

Humay Eminqızı

Oxşar xəbərlər