Hindistanda elektrik stansiyasında partlayış olub: 9 nəfər ölüb


  • 15 Aprel 12:50

Hindistanın Çhattisqarh əyalətində elektrik stansiyasında partlayış baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, əyalətin Sinqitaray şəhərində yerləşən stansiyada baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb. Partlayış Çhattisqarh ştatının Sinqitaray şəhərində elektrik stansiyasında baş verib.

Partlayışın səbəbi hələlik məlum deyil.

Polis partlayışın qazan borusunun həddindən artıq istiləşməsi nəticəsində baş verdiyini bildirib.

Zavodu idarə edən Vedanta şirkətinin yaydığı bəyanatda hərtərəfli araşdırmaya başlanıldığı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər